UFC turnirində Tuxuqov Agiları nokauta saldı

23 Fevral 2020 08:51

Yeni Zelandiyanın Oklend şəhərində qarışıq döyüş növlərinin (MMA) UFC turnirində Rusiyalı idmançı Zubayra Tuxuqov amerikan döyüşçüsü Kevin Agilara qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, doyüş birinci raundda texniki nokautla başa çatıb.

Z.Tuxuqov UFC çempionu Həbib Nurməhəmmədovun komanda yoldaşıdır. 29 yaşlı idmançı Tuxuqovun arsenalında 19 qələbə və 4 məğlubiyyət, K.Agilarin hesabında isə 3 məğlubiyyət və 17 qələbə var.

Milli.Az