Mağazada yanğın qeydə alınıb

23 Fevral 2020 08:30

Ağstafa rayonunda ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən mağazaların lambirindən ibarət tavanı və dam örtüyü 40 m² sahədə, içərisindəki mallar 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az