Türkiyə daha bir şəhid verdi

22 Fevral 2020 21:17

İdlibdə Türkiyə hərbçisi şəhid olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Qaziəntəp əyalətinin hökuməti "Tvitter"də məlumat verib.

"Əsəd rejiminin gücləri tərəfindən İdlib rayonunda buraxılan bombanın partlaması nəticəsində hərbçimiz həyatını itirib",-  deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, son günlər Suriyada vəziyyət son dərəcə gərgindir. Gərginliyə səbəb türk yönümlü silahlıların Suriya şəhərlərini atışmaya tutmasıdır.

Milli.Az