Daha bir oyun koronavirusa görə təxirə salındı

22 Fevral 2020 21:16

İtaliya "B" Seriyasında "Askoli" - "Kremoneze" matçı koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, yeni xəstəliyin əlamətləri Lombardiya bölgəsində üzə çıxıb.

Bölgədə təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən görüşün başqa vaxt təşkil olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, İtaliyada həvəskar liqada çıxış edən 38 yaşlı futbolçuya koronavirus diaqnozu qoyulub.

Milli.Az