Bələdiyyə sədri koronavirusa yoluxdu - İranda

22 Fevral 2020 17:54

İran dövlət televiziyası paytaxt Tehran şəhərində 13-cü bölgənin bələdiyyə sədri olan Murtəza Rəhmanzadəyə koronavirus diaqnozu qoyulduğunu açıqlayıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, vəzifəli şəxs infeksiyaya yoluxduğu şübhəsi ilə xəstəxanaya aparılıb. 

Xəbərdə M.Rəhmanzadədən götürülən analizlərin nəticələrinin pozitiv çıxdığı vurğulanıb. 

Milli.Az