Tvitter şirkəti saxta siyasi postları rəngləyəcək

25 Fevral 2020 22:40

Tvitter şirkəti saxta informasiya daşıyan siyasi postları xüsusi rənglə işarələməyi planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət yeniliyi tətbiq edərkən postların necə görünəcəyinin videosunu da paylaşıb.

Saxta informasiya daşıyan siyasi postlar parlaq narıncı rəngdə işarələnəcək. Həmçinin yazıda "zərərlidir və yanlış şübhə yaradır" ifadəsi də yazılacaq.

Milli.Az