"Barselona" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Ayaks"ın və Kamerun millisinin qapıçısı Andre Onananı almaq istəyir.
"Barselona"nın yetirməsi olan 23 yaşlı qolkiperlə "Çelsi"nin də maraqlandığı bildirilib.
Qeyd edək ki, 2016-cı ildən Niderland klubunda çıxış edən A.Onana bu mövsüm yerli çempionatda 20 matça çıxıb və qapısında 17 qol görüb.
Milli.Az