Sumqayıtda 22 yaşlı oğlan faciəvi şəkildə öldü - Meyiti ailəsinə təhvil verildi

22 Fevral 2020 10:04

Sumqayıt sakini dənizdə batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu dənizdə boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisənin səbəbləri araşdırlır.

Milli.Az