Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq

23 Fevral 2020 04:30

Böyük Britaniyanın Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, adaya ilk tur martın 15-də təşkil olunacaq.

Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.

Milli.Az