Rusiya NATO-ya nüvə zərbəsi endirib - ABŞ-ın yeni təlim ssenarisi

22 Fevral 2020 10:29

ABŞ Rusiyanın Avropaya nüvə zərbəsi endirməsinə hazır olmaq məqsədilə hərbi təlimlər keçirib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 21-də baş tutan brifinq zamanı Pentaqonun nümayəndəsi bildirib.

"Təlimlərin ssenarisinə əsasən, Rusiya Avropa ilə müharibə aparır və RF NATO ərazisində yerləşən obyektə qarşı az güclü nüvə silahından məhdud şəkildə istifadə edir", - deyə nümayəndə bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi, həmçinin qeyd edib ki, ABŞ Avropada ballistik və qanadlı raketlər yerləşdirəcək.

Təlimlər Nebraska şəhərindəki hərbi bazada keçirilib. Prosesdə ABŞ-ın Müdafiə naziri Mark Esper və respublikaçı konqresmen Ceff Fortenberr də iştirak edib.

Milli.Az