"Bavariya"nın oyununda 5 qol - VİDEO - FOTO

22 Fevral 2020 10:59

Almaniya Bundesliqasında 23-cü tura start verilib.

Milli.Az xəbər verir ki, lider "Bavariya" doğma meydanda "Paderborn"u qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 49-a yüksəldən "Bavariya" ən yaxın izləyicisi "Leypsiq"i 4 xal qabaqlayır.

"Bavariya" - "Paderborn" 3:2

Qollar: Serji Qnabri, 25, Robert Levandovski, 70, 88 - Dennis Srbeni, 44, Sven Miçel, 75

Milli.Az