Bu gün Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:05-də qeydə alınıb.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Milli.Az