Sankt-Peterburq - Bakı reysi ləğv edilib

22 Fevral 2020 08:44

"Nordavia" aviaşirkətinin bugünkü Sankt-Peterburq - Bakı reysi ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Yandeks. Cədvəl" xidmətinin məlumatında deyilir.

"5N 705" reysinin təyyarəsi saat 11:00-da Pulkovo hava limanından qalxmalı və saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.

Reysin ləğv edilməsinin səbəbi məlum deyil.

Milli.Az