ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib

22 Fevral 2020 08:02

ABŞ Türkiyədə müvəqqəti "Patriot" zenit-raket komplekslərinin yerləşdirilməsi barədə hələki qərar verməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ hökumətinin nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Biz Türkiyədə, Suriya ilə sərhəd yaxınlığında "Patriot" raketlərinin yerləşdirilməsi istəyindən xəbərdarıq, lakin hələki heç bir qərar qəbul edilməyib".

O qeyd edib ki, Ankara və Vaşinqton arasında bununla və Suriyanın İdlib bölgəsindəki vəziyyətlə əlaqədar danışıqlar davam edir: "İdlibdəki narahatlıq doğuran vəziyyətlə əlaqədar Türkiyə hökuməti ilə müzakirələri davam etdiririk. Əlavə məlumat üçün sizi Türkiyə hökumətinə yönləndiririk".

Nümayəndə təsdiq edib ki, söhbət "Patriot" zenit-raket komplekslərinin müvəqqəti yerləşdirilməsindən gedir.

Milli.Az