Renatın komanda yoldaşı birinci oldu

22 Fevral 2020 08:48

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Volverhempton"un hücumçusu Dioqo Jota seçilib. 23 yaşlı oyunçu qurumun rəsmi saytında keçirilən səsvermədə  Yanis Haci ("Reyncers"), Lusiano Vietto ("Sportinq") və Daiçi Kamada ("Ayntraxt") qabaqlayıb.

Qeyd edək ki,  D.Jota  Avroliqanın 1/16 final mərhələsində "Espanyol"a 4:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.

Xatırladaq ki, "Volverhempton"da millimizin üzvü Renat Dadaşov çıxış edir.

Milli.Az