Astarada qazanxanada yanğın olub

22 Fevral 2020 07:45

Astara rayonunda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Maşxan kəndində ümumi sahəsi 240 m² olan qazanxananın tavanı 10 m² sahədə yanıb.

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az