ABŞ-da yeni növ koronavirusa yoluxanlarıın sayı 34 nəfərə çatıb

22 Fevral 2020 07:35

ABŞ-da yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 34 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər. Daha əvvəl 26 nəfərin yoluxduğu deyilirdi.

Son məlumatlara əsasən, yeni növ COVID-19 koronavirusuna yoluxanların 11 nəfəri xarici ölkələrdən ABŞ-a qayıdıb. Xəstələrdən 21 nəfəri ölkəyə Dövlət Departamentinin reysləri ilə gətiriliblər: 3 nəfər Uhandan və 18 nəfər Yaponiyadan.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 75 mini ötüb, onlardan 2236 nəfəri ölüb, 18 mindən artıq insan isə sağalıb.

Milli.Az