İkimərtəbəli ev yanıb

21 Fevral 2020 22:16

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az