Koronavirus Livana da ayaq açdı

21 Fevral 2020 21:33

İlk dəfə Çinin Uhan şəhərində yayılan "Covid-19" virusuna yoluxma halı Livanda da qeydə alınıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, İrandan sözügedən ölkəyə gedən qadında koronavirus aşkarlanıb. 

Livanın Səhiyyə naziri Həmid Həsən bildirib ki, virusa yoluxmuş qadın Beyrutda xəstəxanalardan birinə yerləşdirilib.

Milli.Az