İranda səsvermənin müddəti uzadılıb

21 Fevral 2020 19:11

İranda keçirilən 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərinə səsvermənin müddəti saat 20:00-dək uzadılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Seçki Komissiyasının sözçüsü İsmayıl Musəvi deyib.

İ.Musəvinin sözlərinə görə, İranın 207 seçki dairəsində səsvermə davam edəcək.

Milli.Az