Müğənni Manaf Ağayev polisə çağrılıb

21 Fevral 2020 19:07

Müğənni Manaf Ağayev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub, profilatik söhbət aparılaraq sərbəst buraxılıb.

O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı Trend-ə açıqlqmasında BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.

Xatırladaq ki, bir müddət əvvəl "Ən yaxşısı" verilişində müğənni Manaf Ağayev qadınlara qarşı zorakılığa çağırış edən fikir səsləndirib.

Milli.Az