Uşaq poliklinikasındakı yanğın söndürülüb

21 Fevral 2020 16:53

Paytaxtda uşaq poliklinikasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.

Milli.Az