Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

21 Fevral 2020 19:59

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "Borussiya Dortmund"un hücumçusu Erlinq Halanddır. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Norveçli futbolçu komandasının PSJ-ni 2:1 hesabıyla məğlub etdiyi matçda 2 qol vurub.

Milli.Az