Bakı metrosuna yeni vaqonlar gətirilir

21 Fevral 2020 19:54

Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək.

Milli.Az xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlmasında deyib. O bildirib ki, ölkəyə ümumilikdə 20 vaqonun gətirilməsi gözlənilir:

"Yeni vaqonların istehsalı da aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".

Milli.Az