Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq

21 Fevral 2020 19:29

"Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək".

Milli.Az xəbər verir ki, bunu APA-ya şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: "Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq".

Milli.Az