Aldadılan istehlakçılar, varlanan zərgərlər... - VİDEO - FOTO

21 Fevral 2020 19:04

İstehlakçı aldadılması baş verən sahələrdən biri də qızıl alış verişidir. Belə ki, əksər alıcılar orjinal qızılı aid edə bilmir.Qızılın nə əyyarını, nə də ki, zəmanət talonunu soruşmur. Özlərinin təbilincə desək bunu satıcının vicdanına buraxır.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Sakin: "Məlumatsızlıqdan istifadə edənlər də müştərini aldadır və məhsulu dəyərindən qat- qat baha satır. Şübhə çəkən əsas məqamlardan biri də 60-70% - bəzən də daha çox endirimin edilməsidir".

Cabbar Dostuyev - Satıcı: "Mağazalarda qızıllara göz gəzdirikdə əksəriyyətinin üzərində əyarının olmadığını və ya səliqəsiz vurulduğunun şahidi olduq. Satıcılardan qızılın əyarının niyə olmadığını soruşduqda onlar qızılları topa şəklində gətirdiklərini və əyarın yalnız birinin üzərində olduğunu deyirdilər. Lakin bu belə olmamalıdır".

Cabbar Dostuyev - Satıcı: "Qızıla müxtəlif metallar qatıla bilər. Belə olduqda əyyar  və rəng dəyişir. Qızıl alarkən əsasən onun iç tərəfinə diqqət etmək lazımdır. Əgər iç hissə  də səliqəli işlənibsə, deməli, qızılın orijinal olma ehtimalı daha çoxdur.  Həmçinin satıcılar qızılı yoxlamaq üçün müştəriyə şərait yaratmalıdır".

Nurlan Mirzəyev - Zərgər: "Qanuna əsasən isə bütün zərgərlik məmulatlarının üzərində onların əyarı əks olunmalıdır. Çünki əyar istifadə olunan qızılın keyfiyyətinin göstəricisidir. İstifadəçi aldığı qızılın hansı keyfiyyətdə olduğunu bilməlidir və bu onun hüququdur".

Milli.Az