"Əvvəl məndən istifadə edib, indi bəyənmirlər" - Samir

21 Fevral 2020 20:29

"Qısa müddət sonra yeni mahnım çıxacaq. "Boş ver" adlanır. Hazırki insanların ruh halıdır. Mahnının müəllifi Murad Zeynala təşəkkür edirəm. Nəsə umub, sənə salam verən insanlara aiddir".

Milliı.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə yeni işlərindən danışarkən söyləyib.

O mahnını həsr etdiyi insanlardan söz açıb:

"Mahnı ətrafımda və şou-biznesdəki dostlarıma, həmçinin bir çoxuna aiddir. Hansı ki, vaxtında məndən istifadə edib, indi yanımdan keçib bəyənmirlər".

S.Cavadzadə "Deməli, insanları tanımaq qabiliyyətiniz olmayıb" sualına isə belə cavab verib:

"İsanları çox gözəl tanıyıram. Sadəcə, özümü elə yerə qoyurdum ki, guya anlamıram. İstəyirdim biləm ki, bu insan hara kimi gedəcək? Sonu görəndən sonra sakitcə, hesabat vermədən üzümü döndərib çıxıb getdim. Sonra da itirib-axtarmadım. O insanlar üçün darıxmıram. Lazımsız pislikləri yaxşılıqlarının üstün örtdü. İnsanın patologiyası belədir: Biz on yaxşılığı bir pisliyə unuda bilərik. Amma indiyənə qədər heç kimə pisliyim dəyməyib. Çünki pisliyə pisliklə cavab vermirəm. Gözləməyi bacarıram. Həyat bumeranqdır".

Milli.Az