Serj Sarqsyanı təyin etdiyi hakim mühakimə edəcək

21 Fevral 2020 17:37

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla bağlı cinayət işinə baxmalı olan hakim Vaqe Misakyan bundan imtina edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, V.Misakyan 2017-ci ilin noyabrında S.Sarqsyanın göstərişi ilə hakim təyin olunub.

O, məhkəmə işi ilə bağlı hər hansı bir təzyiqlə üzləşmədiyini açıqlayıb.

"Məni qorxutmayıblar və qorxutmurlar. Mən qorxan insan deyiləm", - deyə hakim bildirib.

Milli.Az