Yevlax sakinindən 1 kiloqrama yaxın heroin götürüldü

21 Fevral 2020 18:09

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayevdən 905 qram heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 905 qram heroin aşkar edilərək götürülmüşdür.

Milli.Az