Hadisədən bacısı haqda gözlənilməz paylaşım

21 Fevral 2020 15:20

Türkiyəli müğənni Hadisə hadise.com adlı domeni satışa çıxaran bacısı Hülya Açıkgözlə olan məhkəməsində uduzub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi anasının intihara cəhd etdiyi vaxtlarda bacıları Hülya və Dərya ilə küsmüşdü. Daha sonra kiçik bacısı Dərya ilə barışan müğənni ötən gün Hülya Açıkgözlə bağlı paylaşım edib.

Hadisə "O sənin bacındır" deməkdən vaz keçin. Zəhərli insan zəhərlidir" deyə, İnstaqram "Story"də yazıb.

Milli.Az