Bank Respublika ölkəmizi Avropada təmsil edəcək məktəbliləri dəstəkləyəcək!

21 Fevral 2020 13:20

Finalı Belçikanın Brüssel şəhərində keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı - Bank Respublika olacaq.
Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respubliaksının Təhsil Nazirliyi,
Azərbaycan Banklar Assosiasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.

"Avropa Pul Viktorinası" 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.

Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir. Milli mərhələ - ilkin seçim və milli final
mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları
cavablandırmaq lazımdır.

Sualları doğru cavablandıran iştirakçılar 13 mart 2020-ci il tarixində keçiriləcək milli final mərhələsində
iştirak edə biləcək.
Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixində Belçikanın Brüssel şəhərində baş tutacaq Avropa finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır.
Daha ətraflı məlumat üçün - [email protected] ünvanına, başlıq hissəsində (subject) "Avropa Pul Viktorinası" yazaraq əldə edə bilərsiniz.