PSJ baş məşqçini dəyişir

21 Fevral 2020 14:58

PSJ yayda baş məşqçini dəyişdirməyi düşünür.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisinin  idman direktoru Leonardo Tomas Tuxelin işindən o qədər də məmnun deyil. Həm də vaxtaşırı aralarında münaqişə olur.

Bununla yanaşı, klub rəhbərliyində komandanın Çempionlar Liqasındakı çıxışı narzalıq yaradıb. Onlar Tuxelin PSJ-ni hədəflərinə çatdıra bilməyəcəyini düşünür.

Qeyd edək ki, artıq Fransa mətbuatında almaniyalı mütəxəssisin yerinə namizədlər var. Massimiliano Allegri və ya Maursio Sarrinin Tuxeli əvəz edəcəyi yazılır.

Milli.Az