Eyfelin fonunda gözoxşayan Monika Belluçi... - FOTO

21 Fevral 2020 10:23

55 yaşlı aktrisa Monika Belluçi İtaliyanın "L'Officiel" jurnalının yeni xüsusi buraxılışının qəhrəmanlarından biri olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa yeni sayın üç üz qabığından birini bəzəyib və yeni fotosessiyada iştirak edib.

Çəkiliş Parisin ən məşhur hotellərinin birində - "Hotel Plaza Athenee"də baş tutub. Məkanın terrasından bütün şəhərə və onun əsas görməli yeri - Eyfel qülləsinə mənzərə açılır.

Fotoların müəllifi qismində məşhur fəşn-fotoqraf Patrik van Malder çıxış edib. "Lanvin"in tünd göy məxmər bleyzerində görüntülənən Monika qamətli ayaqlarını nümayiş etdirib. Aktrisa, həmçinin bodi, ağ-qara palto və geniş kənarları olan şlyapada kameraya poz verib.

Monika Belluçi ilə yanaşı, yeni xüsusi buraxılışın qəhrəmanları 21 yaşlı aktrisa Peris Cekson və 23 yaşlı aktrisa və model Anya Teylor-Coy olublar. Qızlar da, həmçinin yeni sayın üz qabığı üçün kamera qarşısına keçiblər və nəşrin redaktorları ilə yeni layihə və planları barədə danışıblar.

Milli.Az