Modellərin yekə qulaqları və ağızları qalmaqala səbəb olub - FOTO

21 Fevral 2020 09:55

Moda Texnologiya İnstitunun ABŞ-da keçirdiyi dəfilədə modellərin yekə qulaq və dodaqla podiuma çıxması mübahisəyə səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, moda texnologiya institutu Nyu-Yorkda tələbələrin dizayn etdiyi əlibasları və aksessuarları sərgiləyib. Modellər podiuma süni qalın qaşlarla, dodaqlarla və yekə qulaqlarla çıxıblar. Afrikalı tələbə isə həmin sərgini irqçilikdə günahlandıraraq podiuma çıxmaqdan imtina edib. Çox keçmədən institutun direktoru bu haqda açıqlama verərək üzr istəyib:

''Biz, sadəcə, dizayn etdiyimiz böyük aksessuarların istifadə qaydasını göstərmək istədik. Niyyətimiz irqçilik etmək deyildi. Lakin fərqli mənzərənin şahidi olduq. Sərgiyə qatılanlardan, tələbələrdən modellərdən və podiumda gördüklərindən narahat olan hər kəsdən üzr istəyirəm''.

Milli.Az