Acun Ilıcalı baba olur - FOTO

21 Fevral 2020 10:17

TV8 kanalının sahibi, məşhur türkiyəli jurnalist Acun Ilıcalı baba olmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin Seda Başbuğla evliliyindən dünyaya gələn böyük qızı Banu Ilıcalı hamilədir.

Qeyd edək ki, 30 yaşlı Banu üç il öncə universitetdə tanış olduğu Efe Ceyhunla evlənib.

Onu da bildirək ki, A.Ilıcalının Banudan başqa Zeynep Yılmazla olan evliliyindən Leyla və Yasemin, Şeyma Subaşı ilə olan evliliyindən isə Melisa adlı qızı var.

Milli.Az