Səudiyyə Ərəbistanı istiqamətində ballistik raketlər buraxılıb

21 Fevral 2020 08:40

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəmənin şimalında "Ənsar Allah" (husilər) üsyançıları tərəfindən atılan bir neçə ballistik raketi vurub.

Trend-in məlumatına görə, bu barədə "SPA" agentliyi Ərəb koalisiyasına istinadən bildirib.

Koalisiya nümayəndəsi polkovnik Turki əl-Maliki davam edən raket atəşlərini "vəhşi hücumlar" adlandırıb.

Yəmənlə sərhəddən 900 kilometr məsafədə yerləşən Səudiyyə Ərəbistanının Yanbu şəhərində uçan raketlərin videosu sosial şəbəkədə yayımlanıb.

Milli.Az