İranda parlament seçkiləri keçiriləcək

21 Fevral 2020 08:54

Fevralın 21-də İranda Məclisə (bir palatalı parlament) seçkilər keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, seçicilər 7148 namizəd arasından seçim etməlidirlər.

Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.

Səsvermə saat 20:00-a qədər davam edəcək, lakin lazım gəldikdə məntəqələrin işi uzadıla bilər.

İlk ilkin nəticələrin növbəti gün məlum olacağı gözlənilir.

Milli.Az