Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar açıqlandı

20 Fevral 2020 23:03

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Toğrul Vəliyev qeyd edib ki, səsvermənin nəticələri seçicilərin iradəsini tam əks etdirmir.

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, yalnız 4 məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Beləliklə, 14,17,23,25 saylı məntəqələrin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd  Ziyad Səmədzadədir.

Milli.Az