Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

20 Fevral 2020 22:41

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.

Məhərrəm Sarıyevin idarə etdiyi "BMW" markalı avtomobil dairədə hərəkətdə olan "Nissan" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Nissan"da olan sərnişin xəsarət alıb.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az