Masazırda avtomobil təmiri sexi yanıb

20 Fevral 2020 22:17

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 kv.m olan avtomobil təmiri sexində taxta konstruksiyalardan ibarət tikili və içərisində olan əşyalar 20 kv.m sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az