"Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm" - Ekşteyn

20 Fevral 2020 21:24

"Səbail" fevralın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sabah"la qarşılaşacaq.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "dənizçilər"in yeni transferi Hendrik Ekşteyn sabiq klubuna qarşı ilk matçına çıxa bilər.

Cənubi afrikalı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında qarşıdakı görüşlə bağlı qısaca danışıb: "Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdir. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Sabah" mövsümün əvvəlində transfertdiyi Ekteynllə qışda yolları ayırıb.

Milli.Az