KİV: Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri istəyib

20 Fevral 2020 20:54

Türkiyə ABŞ-dan "Patriot" zenit-raket kompleksləri istəyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumatda Türkiyənin Suriyanın İdlib bölgəsində Rusiyanın əl-qolunu bağlamaq üçün zenit-raket komplekslərini istədiyi bildirilib.

Agentlik məlumatın mənbəyini açıqlamayıb. 

Milli.Az