Türkiyə qoşunları İdlibə hücuma keçdi

20 Fevral 2020 16:38

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində genişmiqyaslı əməliyyatlara başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tanklar və ağır artilleriyadan Suriya ordusunun mövqelərinə atəş açılır.

Bölgəyə xüsusi təyinatlı birləşmələr də göndərilib.

Eyni zamanda Suriyaya məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının bölgədə uçuşlar həyata keçirdiyi deyilir.

Milli.Az