MSK-da parlament seçkiləri ilə bağlı iclas - Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB

20 Fevral 2020 20:27

20:27

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK bildirib ki, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb".

İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Milli.Az 

----------

19:15

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb. Həmin dairə üzrə 1 seçki (24 saylı) məntəqəsinin nəticəsi etibarsız sayılıb".

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd Xəqani Cəfərovun müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK bildirib ki, namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib və bununla əlaqədar MSK-ya 1 disk təqdim edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb". MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

--------

18:30

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin beş seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb. O bildirib ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı bir seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 2 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

---------

17:57

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

---------

16:40

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini qeyd ediblər:

"Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır".

İclasda həmin dairənin 1 seçki məntəqəsi (8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

---------

16:21

İclasda 99 saylı Şəmkir kənd, 27 saylı Sabunçu ikinci, 121 saylı Laçın seçki dairələri ilə bağlı daxil olan müraciətlər müzakirəyə çıxarılıb və baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndrilməsi barədə qərar qəbul edilib.

----------

16:11

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib. O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.

Milli.Az