Rüstəm "Meşəbəyi" olacaq

20 Fevral 2020 18:34

Model Rüstəm Cəbrayılov bu dəfə aparıcı kimi fəaliyyət göstərəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, ideya müəllifi müğənni Roza Zərgərlinin olduğu proqrama aparıcılıq edəcək. "Meşəbəyi" adlanan veriliş fevralın 23-dən ARB telekanalında yayımlanacaq.

Layihənin ssenarisinə əsasən Rüstəm rayonları gəzəcək, çətin şəraitdə sağ qalmağın yollarını nümayiş etdirəcək. 

Milli.Az