Məşhur azərbaycanlı jurnalist DÜNYASINI DƏYİŞDİ - İnfarkt keçirib - FOTO

20 Fevral 2020 15:18

Jurnalist Mülatif Adurov 80 yaşında dünyasını dəyişib.

Bu barədə Milli.Az-a teleaparıcı Vüsalə Səid məlumat verib.

Qeyd edək ki ki, 2019-cu ilin oktyabr ayında infarkt keçirdiyi üçün təcili olaraq Mərkəzi Klinik xəstəxanaya yerləşdirilmişdi. 

Xatırladaq ki, Mülatif Adurov uzun illər Nəsir İmanquliyevin rəhbərlik etdiyi "Bakı" qəzetində çalışıb. Sonralar isə jurnalistik fəaliyyətini AzTV-nin İctimai-siyasi proqramlar və "Xəbərlər" redaksiyalarında davam etdirib. Müxtəlif vəzifələrdə, o cümlədən "Xəbərlər"in baş redaktor müavini, daha sonra isə baş redaktoru olub. 

Təhməz Təkin
Milli.Az