AFR-də iş axtaran əcnəbilər üçün xüsusi xidmət yaradılıb

21 Fevral 2020 08:37

Almaniya təşkilatlarına və özəl firmalarına işə düzəlmək üçün müraciət edən əcnəbilərin sayının artması ilə əlaqədar bu ölkədə iş axtaran əcnəbilərin dəstəklənməsi üçün xüsusi xidmət yaratmağı qərara alıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bonnda əcnəbilər üçün Mərkəzi Məşğulluq Xidməti fəaliyyətə başlayıb. Bu strukturun açılış mərasimində ölkənin Təhsil və Əmək nazirləri iştirak ediblər.

Xidmət işə düzəlmək üçün ərizə verən əcnəbilərə sənədlər paketini düzgün toplamağa kömək edəcək, hüquqi məsləhətlər verəcək, kimin harada daha çox uğur qazanmaq şansının olduğunu təlqin edəcək.

Maraqlıdır ki, hələ AFR-ə viza almamış bu xidmətə müraciət etmək olar.

Milli.Az