Bakıda boğazında ət tikəsi qalan azyaşlı qız öldü

20 Fevral 2020 12:22

Bakıda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 2013-cü il təvəllüdlü Rəhimova Şəhanə Taryel qızının boğazında ət tikəsi qalıb. Nəfəs yolları tutulan azyaşlı yaşadığı evdə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az