Kurmanbek Bakiyevin qardaşı da qaçdı
17 Aprel 2010 15:08
Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər verir ki, əvvəllər Dövlət Mühafizə Xidmətinə rəhbərlik etmiş general Canıbek Bakiyevin həbsi üçün keçirilən əməliyyat nəticə verməyib.
Daxili İşlər Nazirliyinin qüvvələri devrilmiş prezidentin qardaşının gizləndiyi Irıs kəndini mühasirədə saxlayır. Lakin kənd ağsaqqalları hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər ki, Canıbek Bakiyev kənddən qaçıb.
Milli.Az