Bakıda “Partners and Business” sərgisi keçirilir

20 Fevral 2020 13:24

Bakı İdman Sarayında "Partners and Business" sərgisi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "Kapital Bank" və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və sair sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim edilir.

Sərgidə 150-dək şirkət iştirak edir.

Sərgi Azərbaycan şirkətlərinin daha geniş təqdimatına, onların bazara çıxış imkanlarının genişlənməsinə, yerli şirkətlər arasında tərəfdaşlığın inkişafına, yeni əlaqələrin və əməkdaşlıqların qurulmasına yönəlib.

KOBİA-nın idarə heyətinin sədr müavini Nadir Adilov deyib ki, məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

ASK-ın vitse-prezidenti Vüqar Zeynalov isə sərginin ikinci dəfə keçirildiyini bildirib və sərginin işinə uğurlar arzulayıb.

Milli.Az